Azərbaycanın internet provayderləri yeni IPv6 protokoluna keçirlər.
"Delta Telecom" şirkətindən Teleqraf.com-a bildirilib ki, IPv4 protokolundan IPv6 protokoluna keçid IP ünvanların çatışmazlığı probleminin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, bu gün ölkədə “IPv4” protokolu əsasında işləyən IP ünvanların ehtiyatları demək olar ki, tükənib və hazırda bu protokol üzərində işləyən internet provayderlərin IP ünvanlarının sayı istehlakçı tələbindən aşаğıdır. Hazırda zəruri məsələlərdən biri “IPv4” protokolu üzərində fəaliyyət göstərən, böyük həcmli və populyar sosial şəbəkələrin və axtarış sistemlərinin yeni protokola keçirilməsidir.