“Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu, ictimai-siyasi proseslərə təsir etmək imkanında deyil”.
Teleqraf.com-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dini baxımdan sabitlik hökm sürür: “Ona görə də Azərbaycanda qarşıdan gələn ilk Avropa Oyunları ilə əlaqədar dini baxımdan hansısa bir qrupun, cərəyanın bu oyunlara xələl gətirmə ehtimalı sıfıra bərabərdir. Çünki bununla bağlı bizim ölkəmizdə aparılan işlər, profilaktik tədbirlər, xüsusilə də hüquq-mühafizə orqanlarının apardığı tədbirlər bu sahədə sabitliyin tam şəkildə bərqərar olmasına gətirib çıxarıb”.