QOÇ - Neçə gündür astroloji göstəricilər işlərinizin heç də rəvan getmədiyini bildirir. Xüsusən də yersiz mübahisələrə tez-tez cəlb olunursunuz. Bu, sizə yaraşmır, özünüzü ələ alıb reallığa uyğun davranın.
BUĞA - Ətraf mühit sizi lazımi qədər qane etmədiyindən rahatlığınızı təmin edə bilmirsiniz. Müəyyən məkan dəyişikliyinə həvəs göstərməklə bu sıxıntılara son qoya bilərsiniz. Səfərə çıxmaq daha münasibdir.
ƏKİZLƏR - Fəaliyyətə ara verin. Ötən günlərdə dincəlməyə vaxtınız olmadığı üçün bu təqvimdən yararlanın. Hətta uzaq yola çıxmaq, qonaq getmək də uğurludur. Pul xərcləməkdən qorxmayın.
XƏRÇƏNG - Böyük dəyişikliklər astanasındasınız. Nəyi nədən başlamağı özünüz təyin etməlisiniz. Əgər seçimdən yaxşı istifadə etsəniz, ayın sonuna qədər günləriniz xoş keçəcək. Tərəf-müqabilinizə sayqı göstərin.
ŞİR - İşləriniz həddindən ziyadə çox olduğundan yorulacaqsınız. Buna baxmayaraq proseslərin sürətli inkişafında özünüzü itirməməlisiniz. İlk öncə nədən başlamağı konkretləşdirin. Kənar təsirlərdən yayının.
QIZ - Pulsuzluğa görə sıxıntı çəkməyin. Çünki proqnozlarınızı tərtib etdiyimiz bütün mənbələr maliyyə durumunuzun yaxşılaşacağını göstərir. Bu səbəbdən digər işləri təxirə salmaq da olar.
TƏRƏZİ - Fəaliyyətlə bağlı müəyyən narahatçılıqla üzləşəcəyiniz gözlənilir. Bu səbəbdən də fiziki və zehni işləri təxirə salmalısınız. Ulduzlar saat 14-16 arası sizə qarşı təxribat gözlənildiyini bildirir.
ƏQRƏB - İstirahətinizi təmin etmək üçün bütün mümkün variantlardan istifadə edin. Onsuz da fəaliyyətinizdə hansısa uğur mümkün olmayacaq. Bu gün şəxsi büdcənizə mümkün qədər qənaət etməlisiniz.
OXATAN - Ulduzların düzümü aldanma ehtimalınızın mümkünlüyündən xəbər verir. Odur ki, aldığınız hər təkliflə razılaşmayın. Nahardan sonra problemlərinizin həllində şanslar yaranacaq.
OĞLAQ - Saat 14-ə qədər qarşılıqlı münasibətlərdə bəzi gərginliklərlə baş-başa qalacaqsınız. Qeyd olunan müddətdə təmkin göstərsəniz, sonrakı saatları rahat şəkildə başa vuracaqsınız. Riskdən uzaq olun.
SUTÖKƏN - Qida rejiminizə xüsusi diqqət ayırın. İş günü olduğundan Göy qübbəsi bu təqvimdə uzaq ünvanlara qonaq getməyinizə izn vermir. Amma nahardan sonra müqəddəs yerləri ziyarət etmək olar.
BALIQLAR - İxtiyarınızda olan bu təqvimdə maraqlı adamlarla görüşləriniz istisna olunmaqla, digər işlərinizdə elə bir yenilik gözlənilmir. Aldığınız təkliflərə tələsik razılıq verməyin, qarşı tərəfdən vaxt istəyin.