8 May 2015 16:16
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

AAAF Park Yaşayış Kompleksində binaların tikintisi sürətlə davam etdirilir. Aparılan tikinti işlərinə peşəkar işçi qüvvəsi və xeyli sayda texnika cəlb olunub.

Tikinti işləri artıq bir neçə küçə üzrə binalarda yekunlaşıb, digər küçələr üzrə işlər isə başa çatmaq üzrədir. Bu haqda məlumatı “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hatəm Rəfiyev bizimlə söhbətdə verib.

Tikinti işləri yeni kampaniya üzrə də reallaşmaqdadır. Məlum olduğu kimi, AAAF Park Yaşayış Kompleksində ilkin ödəniş 10% olmaqla və 15 ilədək ipoteka krediti ilə yeni kampaniya həyata keçirilir. Artıq kampaniya çərçivəsində satılan binalar üzrə təməlbərkitmə işləri aparılır.

Bu barədə videosüjeti sizə təqdim edirik:


Müəllif: