22 May 2014 11:33
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Dövlət İqtisad Universitetində Gənclər və İdman, İqtisadiyyat və Sənaye, eləcə də Təhsil nazirliklərinin dəstəyi ilə IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, yarmarkada 100-ə yaxın dövlət qurumu, sənaye müəssisəsi, bank, yerli və xarici şirkət vakansiyalarını təqdim edəcəklər.

Bununla yanaşı, gənclərin staj keçmək və təqaüd proqramlarında iştirak etməklə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılacaq.

“Məzun” əmək yarmarkasının keçirilməsində məqsəd tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Yarmarka zamanı yerli sənaye və istehlak məhsullarının sərgisinin təşkil edilməsi planlaşdırılıb. Həmçinin yarmarka günü şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil edəcəklər.

Tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və 2014-cü ilin “Sənaye ili” elan edilməsinə əsasən keçirilir.

Naibə


Müəllif: