19 May 2015 14:00
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanı ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qonaqlara Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, təlim-tədris sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər