20 May 2015 11:05
1 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tanınmışlar ötən gün Bakıda baş verən yanğında dünyasını dəyişənlərin ailəsinə başsağlığı veriblər.

Onlar arasında aktyorlar Sinəm Kobal, Burak Özçivit, Fəxriyyə Evcən, Aras Bulud İnəmli və Bərgüzar Korel də yer alıb.

F.Evcən yanğını əks etdirən foto paylaşaraq “Həyatını itirən bütün azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, geridə qalanlara səbir diləyib, başsağlığı verirəm” sözlərini yazıb.

A.B.İnəmli də şəkil paylaşaraq, başsağlığı verib:

“Bir fəlakət də qardaş ölkədə olub. Vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”.

S.Kobal isə “Həyatını itirən bütün azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm” deyə, yazıb.

Qeyd edək ki, daha əvvəl Sibel Can, Ebru Gündeş, Nur Yerlitaş, Alişan, Çağla Şikəl də başsağlığı vermişdi.

/axsam.az/


Müəllif:

Oxşar xəbərlər