28 May 2015 13:02
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 1-dək uzadılıb.

TQDK-dan Teleqraf.com-a bildiriblər ki, Azərbaycan Respublikasında orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla iyunun 1-i saat 23:59-dək özləri təsdiqləyə bilərlər.

Doqquzuncu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə iyunun 1-i saat 17:00-dək SQK-larda təsdiq etdirə bilərlər.

SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək TQDK-nın Bakı şəhəri, M.Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında, Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Ağcabədi, Xaçmaz şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən regional bölmələrində fəaliyyət göstərir.

Ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar “Abituriyent” jurnalının üçüncü nömrəsində təqdim olunub.


Müəllif: