29 May 2015 12:19
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası işə başlayıb.

Teleqraf.com-un xəbərinə görə, spiker Oqtay Əsədov mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğından danışıb.

Oqtay Əsədov deyib ki, yanğın nəticəsində 15 nəfər həlak olub, onlarla insan xəsarət alıb: “Azərbaycan prezident bu hadisəyə dərhal reaksiya verib, xüsusi dövlət komissiyası yaradılıb. Hazırda komissiya gərgin işləyir, hadisənin səbəblərini araşdırır, təqsirli şəxsləri müəyyənləşdirir. Həmçinin hadisə zamanı ziyan çəkən insanlara yardım olunur. Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqlar yerinə yetirilməklə bu sahədə mövcud olan nöqsanlar aradan qalxacaq və belə hadisə bir daha baş verməyəcək”.

Spiker çıxışının sonunda deputatları yanğın zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çalışıb.

Nemət


Müəllif: