1 İyun 2015 12:50
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dəyişkən buludlu hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək. Temperatur gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.


Müəllif: