Azərbaycan ərazisində küləkli hava şəraiti iyunun 4-də və 5-də də müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.