Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirliyin məlumata görə, iş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüş təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılmış şərait jurnalistlərin diqqətinə çatdırılıb. Sonda işin təşkilinə dair jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Naibə QURBANOVA