11 İyun 2015 23:54
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsini bu peşə ilə dolandırır.

Camal Qurbanov Göygölün Üçtəpə kəndində yaşayır. O, 1962-ci ildə Gəncədə anadan olub. Gözdən əlil olan qəhrəmanımız uşaq yaşlarından səbət toxuyur. Dediyinə görə, bu sənəti atasından öyrənib.

Sənətkar səbəti hazırlamaq üçün əvvəlcə material kimi qarğı toplayır. Bir səbətin hazırlanmasına 1-2 saat vaxt gedir. Dediyinə görə, bu peşə böyük səbr tələb edir.

Fiziki qüsurlu olması ona sevimli işi ilə məşğul olmağa maneə törətmir. Hətta, ailəsinin dolanacağını da bu işdən çıxarır. Toxuduğu səbətləri isə 2-3 manata satır.

Camal Qurbanov: "Sənətin böyüyü, kiçiyi yoxdur. Əgər insan zəhmət çəkirsə, Allah onun ruzisini verir. Palançı ol, papaqçı ol, fərqi yoxdur, təki zəhmətkeş ol".

Qəhrəmanımızın 3 övladı var. Amma Camal dayıdan fərqli olaraq, onlar bu işə həvəsli deyillər.

Sənətkarın məşğuliyyəti bununla bitmir. O, boş vaxtlarında şeirə, musiqiyə vaxt ayırır. Zənbillərin dözümlülüyünə gəldikdə isə, qəhrəmanımız bunların bir neçə il yararlı olduğunu söyləyir (Region TV).


Müəllif:

Oxşar xəbərlər