16 İyun 2015 21:03
4 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətənin üzvü, Bakı Hüquq Mərkəzinin rəhbəri Anar Bağırov “facebook” da sosial şəbəkəsində qərarla bağlı status paylaşıb.

“Avropa İnsan Haqları Məhkəməsi ərizəçilərin mülkiyyət hüquqlarının, səmərəli müdafiə hüquqlarının, şəxsi, ailə və mənzil hüquqlarının pozuntusunu tanıyıb. Həmçinin məhkəmə işğal altında olan ərazilərə Ermənistan tərəfindən nəzarət olunması (işğal) faktını da nəhayət ki, tanıyıb”,- Anar Bağırov sqeyd edib.

Qeyd edək ki, Laçın rayonundan olan 6 məcburi köçkün olan iddiaçılar Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər.

Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər