17 İyun 2015 21:04
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin ölkəsinin bəzi jurnalistlərinin 1-ci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyasından imtinanı “biabırçılıq” adlandırmasını Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət özünəməxsus şərh edib.

Şərhdə deyilir: “Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi danışdırıblar. Adı “Turan” olub özü antiTuran fəaliyyəti göstərən agentliyin jurnalisti səfirdən soruşub ki, bəs, Britaniyanın bəzi jurnalistlərinin Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiya edilməməsinə necə baxırsınız?

Səfir də bu sualın cavabına qədər etiraf etməli olub ki, Bakıda iyunun 12-də baş tutmuş oyunların açılış mərasimində iştirak edib və bundan zövq alıb. O, qeyd edib ki, çox gözəl və yüksək səviyyəli bir nümayişin tamaşaçısı olub. Eyni zamanda onu da qeyd edib ki, Böyük Britaniyanın oyunlarda iştirak edən çoxsaylı idmançılardan ibarət komandasını alqışlama şansı qazandığı üçün də çox xoşbəxtdir.

Bütün bu xoş sözlərdən sonra səfir müəllim səfirə yaraşmayacaq bir dildə deyibmiş ki, bəs, bəzi Britaniya jurnalistlərinin bu oyunları işıqlandırmaq üçün akkreditasiyasından imtina edilməsi biabırçılıqdır.

Açığı, bir diplomatın, hələ-hələ Böyük Britaniya kimi köklü demokratiya hesab edilən, özünün ənənələrilə fərqlənən bir dövlətin təmsilçisinin ağzından belə “dürr tökməsi”, bizim üçün heç də ağlabatan deyil.

Adama, lap elə səfirə deyərlər ki, ay balam, öncə bir araşdır, öyrən, sonra reaksiya ver də. Axı sən bilmədiyin bir məsələyə niyə belə “mədəni” reaksiya verirsən? Niyə həmin o “Britaniya jurnalistləri”nin akkreditasiyasından imtinanın mahiyyətini öyrənmədən məsələni “biabırçılıq” kimi dəyərləndirirsən? Məgər diplomatiya dili budurmu? Məgər bir diplomat hansısa jurnalistin təxribatçı və məqsədyönlü sualı qarşısında belə naşılıq edərmi?

Edərmiş demək. Nə deyək, Böyük Britaniya bu cür diplomatların ümidinə qaldısa, batacaq vallah...”


Müəllif:

Oxşar xəbərlər