“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin məşğulluq probleminin həllinə dəstək” layihəsinin icrasına başlayıb.
İctimai birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrindən olan gənclərin bilik və bacarıqlarının artırılması, məlumatlanmalarına yardım göstərilməsi ilə onların məşğulluq probleminin həlli ilə bağlı dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslərinə dəstək veriləcəkdir: “Layihədə hədəf əsasən region gənclərini əhatə etməkdir.
Bu məqsədlə təlimlər iyul ayından etibarən Gəncə, Göygöl, Mingəçevir və Sumqayıt ərazisində reallaşacaq. Qeyd edək ki, yuxarıda qeyd olunan regionların hər birində Azərbaycanın işğal altında olan ərazilərinin gənclərinin məskunlaşdığı kompakt düşərgələr mövcuddur”.
BƏXTİYAR