26 İyun 2015 00:31
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Təzə və ürəyinizdən olan xəbərlər yolunuzu gözləyir. Yeni əməkdaşlığa başlamaq üçün də uğurlu vaxtdır. Büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərdən imtina edin.

BUĞA - Bütün çətin məqamlarda özünüzə güvənin. Kənardan kiminsə dəstək verəcəyinə ümid bəsləməyin. Belə olarsa, ulduzlar gün ərzində sizi bir neçə dəfə sevindirəcək.

ƏKİZLƏR – Bürcünüzdəki planetar passivlik görəcəyiniz işlərdə kompleks lənglik əmələ gətirəcək. Odur ki, qarşınızda duran vəzifələrin bir qismini ixtisara salın. Bu gün əsasən qazanmaq üçün düşərlidir.

XƏRÇƏNG - Ordu bayramının mənəvi zövqünü yaşamağa çalışın. Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdə əsas vaxtı fəaliyyət prinsiplərinə həsr etməyi məsləhət görür.

ŞİR - Saat 13-ə qədər müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Özünüzü ələ alın. Dedi-qoduya əhəmiyyət verməyin. Sonrakı müddətdə məhəbbət ümmanına düşəcəksiniz. Özünənəzarəti gücləndirin.

QIZ - Maddi problemlərin çoxluğu bəzi qlobal planlarınızın reallaşması üçün əngəllər törədə bilər. Bu səbəbdən də özünüzü arzuolunmaz situasiyalara sürükləməyin. Sevindirici xəbərlər gözlənilir.

TƏRƏZİ - Şəxsi büdcənizi artırmaq üçün yaxşı vaxtdır. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Daxili narahatçılığınızı dəf etmək üçün mütləq ziyarətgahlara baş çəkin.

ƏQRƏB - Ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda konfliktlər yarana bilər. Özünüzü səbrli göstərin. Pul problemlərinizi gərəksiz yerdə qabartmayın. Riskə ehtiyac yoxdur.

OXATAN - Bayram günü olsa da, üzərinizə düşən vəzifələrin çoxluğu başınızı bərk qatacaq. Amma uğurlu nəticənin olacağını düşünüb hər şeyə dözməlisiniz. Təşəbbüskarlığı əldən verməyin.

OĞLAQ - O qədər gözəl ərəfədir ki, hətta pul kisənizin boşluğu da ovqatınızı aşağı salmayacaq. Gileylənmək, kiminsə arxasınca danışmaq sizə günah yaza bilər. Nikbin və gözütox olun.

SUTÖKƏN - Qarşılıqlı münasibətlərdə yeni çalarlar yaratmaq üçün canfəşanlıq göstərin. Əməkdaşlıq zəminində də uğurlarınız mümkündür. Ölçülü-biçili hərəkət etsəniz, qazana da bilərsiniz.

BALIQLAR - Bu bayram gününü gərgin şəraitdə başa vuracağınız güman olunur. Amma aktivliyiniz nəzərə çarpacaq. Son vaxtlar yaşamağınızın fərqinə nə üçün varmırsınız? Axı vahid bir İdarəedici var..


Müəllif:

Oxşar xəbərlər