Bakı Dövlət Universitetində (BDU) Azərbaycan dilində “Nanotexnologiya” dərsliyi hazırlanıb, həmçinin 12 fəndən proqramlar yaradılıb.
BDU-dan Teleqraf.com-a bildirilib ki, üç ixtisas üzrə - nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya istiqamətində magistr proqramları hazırlanıb və artıq bu sahədə universitetdə magistr hazırlığına başlanıb.