1 İyul 2015 10:31
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Salyan şəhərində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətlərinin yaxşılaşmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə təşkilatın sədri Mehdi Mehdiyev bildirib ki, biz bu layihəni hazırlayanda qarşılarına iki əsas məqsəd qoyub: “Birincisi, Şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması, digəri isə onların pensiya yaşına çatana qədər normal pensiya təyin edilməsi üçün iş stajının toplanması. Biz rayon və şəhərlərdə vakant iş yerlərini və sözügedən statuslu insanların o iş yerlərinə olan təlabatını öyrənib, bu vakansiyalara yerləşdirmək istiqamətində calışırıq. Zərurət yarandıqda əlavə peşə kurslarına da cəlb edə bilərik. Bu işlərin həyata keçirilməsində icra hakimiyyyəti başçıları və məşğulluq mərkəzləri bizə yaxından köməklik göstərirlər”.

Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd edib ki, müharibə iştirakçıları Salyan rayonunda daima diqqət mərkəzindədir: “Şəhid ailələrinin müharibə veterenlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər aparılır. Rayon rəhbərliyinin göstərişi ilə məşğulluq mərkəzi vakant vəzifələrə ilk növbədə müharibə statuslu insanlara təklif edir və bu yaxınlarda rayonda açılacaq Transformator zavoduna əsasən bu qəbildən olan insanlar işlə təmin olunacaqlar. Məşğulluq mərkəzi ehtiyac olduqda ixtisaslar üzrə müəyyən kurslar təşkil edəcəklər”.

Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov çıxış edərək bildirib ki, müharibə iştirakçılarının müalicəsi daima nəzarət altındadır və onlar lazım olan dərman preparatları ilə tam təmin olunurlar. Bundan əlavə onların ailə üzvləri də xəstəxanamıza müraciət edərkən yüksək diqqət və qayğı ilə qarşılanırlar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər