2 İyul 2015 12:45
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hansı ata razı olar ki, 9 yaşlı uşağını ərə versin?"

Bu sözləri ilahiyyatçı Elşad Miri Qadın Konsensus Mərkəzinin “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai məlumatlandırma və ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanda məişət zorakılığı və erkən nikahlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

İlahiyyatçının sözlərinə görə, İslamın təhrif olunmuş formada yayılması cəmiyyətin əsas problemlərindən biridir: “Azərbaycanda ailə problemlərinin kökündə dini savadsızlıq əsas yer tutur. Peyğəmbərimizin 9 yaşlı uşaqla evlənməyini əsas gətirirlər. Sual verirəm, hansı ata razı olar ki, 9 yaşlı uşağını ərə versin? Heç kim. Deməli, bu gün bizə aşılananlar təhrif olunur. Deyirlər ki, Quranda qadının döyülməsinə haqq qazandırılır. Bu, kökündən səhvdir. Bu gün İslam Universitetində, İlahiyyat fakültəsində öyrədilən din, din deyil. Açıq deyirəm. Çox dəhşətli faktlar var. Bu gün bacı ilə qardaşın izdivacı hallarına rast gəlirik. Deyirlər ki, Adəm və Həvvadan törəyən bacı və qardaş ailə qurub, beləcə bütün bəşəriyyət də onlardan törəyib. Hazırki dövrdə çox savadsız, məntiqsiz arqumentlərlə rastlaşırıq”.


Müəllif:

Oxşar xəbərlər