8 İyul 2015 10:56
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun "Забыть тебя", dilimizə tərcümədə “Səni unutmaq” adlı yeni mahnısı “iTunes”-də birinci pilləyə yüksəlib. Bu haqda xəbəri müğənni özü sosial şəbəkədə paylaşıb.

İfaçının sözügedən mahnısı “iTunes” şirkətinin onluğunda ilk gündən birinci yerdədir. O, dünya şöhrətli Rihannanı geridə qoyub. Emin bu haqda təəssüratını bir cümlə ilə ifadə edib: “Bu hələ başlanğıcdır!”

Müğənni həmçinin yaxın günlərdə mahnıya çəkilmiş klipini də təqdim edəcək.

Qeyd edək ki, "iTunes" "Apple" korporasiyasının rəqəmsal musiqi satışı ilə məşğul olan şirkətidir.


Müəllif: