Bu gün "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib.
Teleqraf.com-un xəbərinə görə, konfransda açılış nitqi ilə çıxış etmiş Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib, bu günlər ərzində Azərbaycanın müxtəlif təşkilatları mətbuatla əlaqədar tədbirlər keçirir: "Mətbuat orqanlarının ictimai fikrə təsiri mənəvi yüksəliş baxımdan cəmiyyəti narahat edir. Azərbaycan xalqı öz tarixi mətbuat orqanları ilə gələcəyə baxmaq gücünü sübut edib. Bu gün də Azərbaycanda media tamamilə sərbəst və açıqdır. Bu gün Azərbaycan mətbuatında istədiyiniz fikri söyləmək mümkündür. Ciddi məsələ ondan ibarətdir ki, biz bu məkanın inkişafına həssaslıqla yanaşmalıyıq. Bu gün müharibə şəraitində yaşayan mətbuat çox həssas olmalıdır".
Nazir bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı mətbuat digər sahələrin də inkişafına səbəb oldu: "Tarixə nəzər salsaq görərik ki, "Əkinçi" qəzeti nəşr olunmasaydı, Azərbaycan bu qədər nailiyyətlər əldə edə bilməzdi. Bu qəzet Azərbaycan xalqının gələcək taleyinə təsir edən ən böyük amillərdən biri oldi".
İlhamə