13 İyul 2015 23:06
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib.

Mərasimdə ölkədə akkreditə olunmuş səfirlər, din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Robert Sekuta qonaqları salamlayıb: “Hörmətli qonaqlar, dini xadimlər, hökumət nümayəndələri dəvəti qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. ABŞ səfirliyinin hər il təşkil etdiyi iftar süfrəsi bizi yalnız Azərbaycandakı müsəlmanlarla deyil, həmçinin dünyadakı 1.5 mlrd müsəlmanla birləşdirir. Quran dini mənsubiyyətindən asılı olmayraq hər bir insana qarşı sevgi və şəfqət hissi aşılayır. Biz yalnız özümüzdə bu keyfiyyətləri aşılamaqla birgə irəliləyə və qarışıq dünyamızda bəlaların öhdəsindən gələ bilərik. Bu axşam müxtəlif məzhəb və milliyyətlərdən olan insanların iştirakı irəli getmək, Azərbaycanın tolerantlıq ənənəsini davam etdirmək üçün qətiyyət göstəricisidir. Beləliklə, mən sizi iftar süfrəsində sevgi, şəfqət və tolerantlıq mühitində salamlayıram”.

Səfir bildirib ki, olkəyə gələrkən Azərbaycanın bir sıra xüsusiyyətləri ilə tanış olub, bunlardan biri də tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hörmətlə yaşamasının qədim tarixə malik olmasıdır: "Ölkəyə gələndən Azərbaycanın dünyaya təqdim edə biləcəyi bir sıra məqamlarla tanış olmuşam. Bunlardan biri tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hörmətlə yaşamasının qədim tarixə malik olmasıdır. Azərbaycanda olduğu kimi çoxsaylı dinlərin əsrlər boyu dinc birgə yaşadığı az sayda ölkə göstərmək olar və azərbaycanlılar bu irslə fəxr etməli və bu təcrübəni nümunə kimi digərləri ilə bölüşməyi nəzərdən keçirməlidirlər".

Daha sonra tədbirdə Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini Hacı Fuad Nurullayev çıxış edib.

Hacı Fuad qonaqları və dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib.


Müəllif:

Oxşar xəbərlər