15 İyul 2015 13:31
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası iyulunu 24-nə təyin edilib.


Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər