Böyük Britaniya ilin sonunda İrandakı səfirliyini bərpa etmək fikrindədir.
Xarici işlər naziri Philip Hammond iyulun 15-də parlamentdə bildirib ki, səfirliyin yenidən açılması bir sıra texniki məsələlərin həllindən aşlıdır.
Amma o əlavə məlumat verməyib.
Nümayişçilər 2011-ci ilin noyabrında Britaniyanın diplomatik missiyasına hücum etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.
London hələ 2014-cü ilin iyununda bir neçə ay ərzində Tehrandakı səfirliyini açmaq fikrində olduğunu bəyan eləmişdi.
İran və 6 dünya ölkəsi bu günlərdə İranın nüvə proqramı ilə bağlı yekun saziş əldə ediblər.
Söhbət İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsindən gedir.