16 İyul 2015 19:42
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Masallı rayonunda regional "ASAN xidmət" mərkəzinin tikilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Sumqayıt "ASAN xidmət" mərkəzi


Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri ölkədə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edir. Paytaxtda və bölgələrdə tikilən mərkəzlərdən başqa, səyyar "ASAN xidmət"lər də fəaliyyət göstərir. Bunun üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar ayrılıb. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Səyyar "ASAN xidmət" avtobusu


Müəllif:

Oxşar xəbərlər