21 İyul 2015 16:12
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 iyul Azərbaycan Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda jurnalistlərlə görüş keçirilib. Görüşdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

Fondun icraçı direktoru Oktay Səmədov Bilik Fondunun fəaliyyətinin ictimaiyyətə çatdırılması, həmçinin qurumun qarşısında duran məqsəd və vəzifələrin effektivliyinin artırılmasında mətbuatın əhəmiyyətindən bəhs edib. O bildirib ki, mətbuatın iştirakı olmadan əhali arasında maarifləndirmə işləri aparmaq, insanların düşüncələrinə təsir etmək, onları düzgün istiqamətə yönəltmək mümkün deyil.

O.Səmədov Bilik Fondunun bundan sonrakı fəaliyyətinin gücləndirilməsi üçün jurnalistlərin bu prosesdə iştirakını və onları yeni təşəbbüslərlə çıxış etmələrini vacib sayıb.

Müzakirələrlə davam edən görüşdə Bilik Fondu ilə jurnalistlərin əməkdaşlıq imkanlarından danışılıb və konkret təkliflərlə çıxış edilib.

Sonda Bilik Fondu ilə yaxından əməkdaşlıq edən, onların fəaliyyətini diqqətdə saxlayan, işıqlandıran KİV nümayəndələri mükafatlandırılıb.

Ruslan


Müəllif:

Oxşar xəbərlər