21 İyul 2015 21:23
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsabiqə yolu ilə seçilmiş 40 gəncin iştirak etdiyi “0 tullantı” adlı yay məktəbi ADA universitetində işə başladı. Dörd gün davam edəcək məktəbdə tələbələrə şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək.

Artıq 5-ci ildir ki “Təmiz Şəhər” ASC-in təşkil etdiyi məktəb IDEA İctimai Birliyinin və ADA universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə keçirilir. Bu dəfəki məktəbin mövzusu ətraf mühitin qorunmasına, xüsusilə böyük şəhərlərdə başlıca ekoloji təhdid hesab olunan tullantıların idarə edilməsinə həsr olunub.

21-24 iyul tarixlərində davam edəcək təlim iştirakçıları tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, sənaye çirkləndirilməsi, ekoloji layihələrin idarə olunması və digər mövzulara həsr olunmuş peşəkar mühazirələri dinləyəcək, maraqlı müzakirələrdə iştirak edəcək, bu sahənin mütəxəssisləri ilə canlı ünsiyyətdə olacaq və intelektual oyunlara qoşulacaqlar. Bununla yanaşı, gənclər təkrar emal müəssisələrinə səfərlərdə iştirak edərək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.

Gənclər, həmçinin təlimlərin gedişatında əldə etdikləri bilikləri təcrübədən keçirəcək və müvafiq kiçik layihələr hazırlamaqla, ətraf mühitə öz töhfələrini verəcəklər.


Müəllif:

Oxşar xəbərlər