Azərbaycan-Slavyan Gənclər Assosasiyası və Türkiyə Cümhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi “Xalq City” MTK-nın dəstəyi ilə Milli Mətbuatımızın 140 illiyinə həsr olunmuş tədbir keçirib.
Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə Türkiyə Cümhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyinin sədri Aqil Ələsgər açaraq Milli Mətbuat günü münasibəti ilə media nümayəndələrini təbrik edib: “Prezident İlham Əliyevin mətbuata yüksək qayğısı hər zaman həm daxildə, həm də xaricdə təqdir olunur. Bu gün Azərbaycana qarşı hücumların pərdəarxasında məhz cənab Prezidentə olan inama qısqanclıq dayanır. İlham Əliyevin müasir dünya şərtlərindən çıxış etməsi, internet mediaya xüsusi diqqət yetirməsi göstərir ki, o, hər zaman onu istəməyənlərdən irəlidədir. İlk Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi ilə də Azərbaycan dünyaya nümunə olduğunu ortaya qoydu. Bu Prezidentimizin və xalqımızın qələbəsidir”
Azərbaycan-Slavyan Gənclər Assosasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov çıxış edərək KİV nümayəndələrini Milli Mətbuatın 140 illiyi münasibəti ilə təbrik edib: “Azərbaycan bu gün dünyada söz və media azadlığına görə nümunəvi ölkələr sırasındadır. Cənab Prezident mətbuat nümayəndələri ilə çıxışında özəl məqamlara toxdundu və medianı mütəmadı olaraq izlədiyini dedi. Bu KİV nümayəndələr üçün çox böyük stimul mənbəyidi. Bundan başqa jurnalistlərin sosial-məişət problemərinin həlli istiqamətində atılan addımlar da dünyada nümunəvi model kimi qiymətləndirilir. Mən bir daha hər bir media nümayəndəsini təbrik edir, işlərində yeni-yeni uğurlar arzu edirəm”
“Xalq City” MTK-nın sədri Bəxtiyar Məmmədov da media mənsublarına uğurlar arzuladıqlarını bildirib: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, cənab Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev ənənələrinə sadiqlik nümunəsi göstərilərək kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət yetirilir. Biz də öz növbəmizdə hər zaman mətbuatın yanındayıq”.
Sonra Azərbaycan-Slavyan Gənclər Assosasiyası, Türkiyə Cümhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi və “Xalq City” MTK adından KİV nümayəndələrinə diplom və mükafatlar təqdim olundu.
Qeyd edək ki, mükafatçılar sırasında “Gündəlik Teleqraf” qəzeti də var.
BƏXTİYAR