6 Avqust 2015 15:02
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır.

Rabitə və Yüksək Texnalogiyalar Nazirliyindən Telerqaf.com-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzindin hesabatlarında 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib.

“Elektron hökumət” portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu.

Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər