Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, yaranmış qaz sızmalarının aradan qaldırılması, diametri 273 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz tənzimləyici qurğunun diametri 325mm-lik qaz xəttinin üzərində quraşdırılması ilə əlaqədar 19 avqust 2015-ci il tarixdə saat 0900-dan 1800-dək Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.