20 Avqust 2015 18:41
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Kürdəmirdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda keçirilib.

Teleqraf.com Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Kürdəmirdə keçirilən tədbirdə təhsil müəssisələrinin rəhbərləri, ağsaqqallar, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq narahat dünyamızda dini radikalizmin təhlükəli təzahürlərindən danışıb.

Sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbənin müdiri Nizami Məmmədovun “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, bu gün dünyada baş verən proseslər kontekstində İslam dininə radikal don geyindirmək meyilləri artıb. Bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışması hər kəsdən diqqətli və sayıq olmağı tələb edir. Belə bir şəraitdə dini maarifləndirmə işinin gücləndirilməsi xüsusi önəm daşıyır.

Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov, Kürdəmir şəhər məscidi dini icmasının sədri və imamı Aqil Əliyev də mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər