Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i Qurban bayramıdır.
Növbəti iki gün (26-27 sentyabr) isə şənbə və bazara təsadüf etdiyindən gələn ay Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.