Avqustun 26-da Bakının Yasamal, Sabunçu, o cümlədən də Şamaxı və Şəki rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xüsusi Dövlət Əhəmiyyətli obyektlərin fasiləsiz təbii qazla təmin edilməsi, müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi və mövcud orta təzyiqli qaz xətləri üzərində siyirtmə və qaz tənzimləyici qurğularının quraşdırılması ilə əlaqədar avqustun 26-da saat 9-dan işlər yekunlaşdırılanadək Yasamal rayonunun H.Cavid prospekti, V.Əliyev, Z.Kərimov, X.Mustafayev və X.Dadaşov küçələrinə, Sabunçu rayonunun Kürdəxanı, Məhəmmədli, Pirşağı, 2 saylı sovxoz və Nardaran qəsəbələrinə, Şamaxı və Şəki rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.