1 Sentyabr 2015 21:43
3 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən “Alfred Nobel” medalı ilə təltif olunub.


Teleqraf.com xəbər verir ki, azərbaycanlı alimə “Texnogen resursların istehsal vasitələrinin renovasiyası elmi məktəbinin yaradıcısı” fəxri adı verilib.


Alim bu mükafata elm və ixtiraçılıq, həmçinin elmi kadrların hazırlanması sahəsindəki səmərəli xidmətlərinə görə layiq görülüb.


Müəllif: