17 Sentyabr 2015 21:13
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bu il ərzində 7 sərginin keçirilməsi gözlənilir. Bu barədə “İTE Group” şirkətinin nümayəndəsi Edvard Stroon dünən keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Baku Ekspo Sərgi Mərkəzində sentybarın 18-də başlayacaq “Beynəlxalq Səhiyyə Sərgisi”ndə 19 ölkədən 189 şirkət iştirak edəcək. Bu dəfəki sərgiyə təkcə Çexiyadan 10 şirkətin qatılacağını qeyd edən Edvard Stroon bildirib ki, Rusiyadan da çox böyük nümayəndə heyəti Bakıya gələcək: “Rusiyadan 27 şirkət sərgiyə qatılacaq. Bu dəfki sərgidə yeniliklər çox olmalıdır. Təbii ki, hər il sərgilərə beynəlxalq şirkətlərdən maraq daha çox olur. İldən-ilə gələn şirkətlərin sayı artır. Bu dəfə 30-dan artıq klinika sərgidə iştirak edəcək”.

ITECA Kaspian Şirkətinin meneceri Elmira Ağayeva qeyd edib ki, Bakıda baş tutacaq “Beynəlxalq Səhiyyə Sərgisi”ndən Böyük Britaniya, Çin, Almaniya və digər böyük ölkələrdən olan şirkətlər Bakıya gəlib: “Onlar sərgidə daha çox əczaçılıq və tibbi avadanlıqlar nümayiş etdirəcəklər. Sabahkı sərgidə yerli şirkətlərimiz də çoxdur. Demək olar ki, 40 fazi Azərbaycanda fəaliyyət göstərən şirkətlərdir. Artıq 3-cü ildir ki, tibbi turizmə də yer verilir. Tibbi turizm sahəsində daha çox Türkiyə, Latviya və Gürcüstan şirkətləri təmsil olunur”.

“Beynəlxalq Səhiyyə Sərgisi” ilə yanaşı, həm də “Beynəlxalq Stamatoloqlar Sərgisi” və “Beauty Azerbaijan -2015” sərgisi də keçiriləcək.

Elmira Ağayeva sərgilərin həm də “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirdiyini vurğulayıb və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin öz xidmət və imkanlarını nümayiş etdirəcəyini deyib: “Bunların arasında Gürcüstan, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası tərəfindən dəstəklənir”.

Builki sərginin fərqli cəhəti ən maraqlı və aktual sənaye mövzularına toxunan geniş işgüzar proqram olacaq, belə ki, sentyabr ayının 18-də Rusiya əczaçılıq və tibb sənayesinin “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi - bu gün və sabah” mövzusunda forum-sərgisi keçiriləcək. Forumun iştirakçıları arasında tibb avadanlıqlar və birdəfəlik istifadə materiallarının istehsalçıları, əczaçılıq şirkətləri, Rusiya Federasiyasının foruma maraq göstərən dövlət strukturları, eləcə də səhiyyə sektoru çərçivəsində fəaliyyət göstərən yerli şirkətlər olacaq.

Sərgi çərçivəsində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans, “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş 10-cu elmi-praktiki konfrans keçiriləcək.

Qeyd edək ki, sabah başlayacaq sərgi sentyabrın 20-dək davam edəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər