3 Oktyabr 2015 01:39
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi olub.

Teleqraf.com Fövqəlada Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 203 kv.m olan bir dam altında tikilmiş ümumi sahəsi 69 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, ümumi sahəsi 24 kv.m olan kompüter salonunun damı və bitişik ümumi sahəsi 12 kv.m olan elektrik avadanlıqlarının təmiri sexinin dam örtüyü yanıb.

Kompüter salonunun, sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: