3 Oktyabr 2015 12:42
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də keçiriləcək millət vəkilliyinə namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqlərini toplayaraq Dairə Seçki Komissiyasına təqdim edib.

Bu haqda Teleqraf.com-a əməkdar artist bildirib. Qeyd edib ki, seçkilərə ciddi hazırlaşır: “Qısa vaxtda yaxşı imza topladım. İnanın ki, çox məşğulam və seçkilərə xüsusi hazırlaşıram. İnsanlar məni çox yaxşı qarşılayırlar. İnşallah insanlarımızın etimadı sayəsində millət vəkili seçilərəm. Hər kəsə uğurlar arzu edirəm”.


54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahan seçki qanunvericiliyinə əsasən ərizə ilə müraciət edib:

“Sənədləri yoxlanılıb. Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və 550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb”.

S.Təhməzov qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının işçi qurupu tərəfindən yoxlanır: “Sənədlərə baxılır. İşçi qrupu sonda nə qərar verəcək, onu deyə bilmərəm”.


Müəllif: