9 Oktyabr 2015 11:12
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Xəbər"in bölgə müxbirinin verdiyi məlumata görə, dünən günün ikinci yarısından başlayaraq Qubanın 40-dan çox dağ kəndinə qar yağmağa başlayıb.

Qar yağan kəndlər Adur, Buduq, Qarxun, Ördüc, Xaltan və Zeyiddir. Qar ən çox Böyük Qafqaz ərazisində yerləşən kəndlərə yağıb.

Quba 6 Saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov qarla bağlı heç bir çətinliyin olmadığını bildirib. Quba Rayon FHK-nın sədri Yusif Abidov kəndlərlə mütəmadi olaraq əlaqə qurulduğunu qeyd edib. O, 2 gün ərzində bütün yollardakı qarın təmizlənəcəyini vurğulayıb.

Səhər saatlarında isə həmin idarənin ağır texnika və işçi heyəti yollara səfərbər olunacaq.

Quba Regional Hidrometerologiya müəssəsindən verilən məlumata görə, belə soyuq hava hələ 1 həftə davam edəcək.


Müəllif:

Oxşar xəbərlər