Qoç -yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər.
Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.
Buğa - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Vaxt pis keçmir. Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı işgüzar təklif alacaqsınız. Həmin təklifi qəbul etsəniz, gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.
Günün ikinci yarısında görüləsi işlər çox olsa da, dəyər verdiyiniz insanlarla ünsiyyət üçün vaxt tapın. Emosiyalarınıza hakim olun.
Əkizlər -məqsədlərin seçimi və planların hazırlanmasına diqqətlə yanaşsanız, gün uğurlu olacaq. Ciddi çalışın. Xırdalıqlara və detallara başdansovdu yanaşmayın. Gərəkli nəticənin əldə olunması üçün çox işləməli olacaqsınız. Rəğbət bəsləmədiyiniz insana yardım üçün müraciət etmək məcburiyyətində qalacaqsınız. Bir zamanlar sizə yardım etmiş insanlar günün ikinci yarısında əməlini xatırladacaqlar.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm və soyuqdəymə riski var.
Xərçəng - hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin. Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa bilərsiniz.
Şir - qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Qız - yaxşı ideyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil.
İndiyədək sizdən uzaq durmağa çalışan, görüş və söhbətlərdən yayınan insanlar günün ikinci yarısında əlaqə yaratmağa çalışacaqlar.
Şəxsi münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insan müttəfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Təmaslar çox dinamik inkişaf edəcək.
Tərəzi - adi günlərdən fərqli olaraq fikir ayrılıqları və mübahisələr çoxdur. Situasiya günün ilk yarısında bəzi aktual məsələlərin həllində çətinliklər yaradacaq. Ev işləri və ailə qayğıları diqqəti cəmləməyə mane olacaq. Peşəkar fəaliyyət müstəvisindəki maneələri aradan qaldırın.
Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb olmayın.
İşlərinizə qarışan və belə müdaxilələri normal sayan adamın cavabı sərt olmalıdır.
Mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Dil tapmaq asan deyil. Münaqişə riski artır. Emosiyaların təsiri altında düşünülməmiş addımlar atmayın. Belədə dəyər verdiyiniz nəsnə puç ola bilər.
Əqrəb - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin.
İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı missiyanın öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.
Alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın.
Bəzi alışları təxirə salın.
Oxatan - çox xoş gündür. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər, gözlənilməz gəlir, sürpriz ola bilər. Son vaxtlar sizi narahat edən problemləri tezliklə həll edə bilərsiniz. İşgüzar baxımdan o qədər də əlverişli gün deyil, amma uzunmüddətli planlar qurmaq olar.
Ev işləri, yaşam arealının qaydaya salınması, şəraitə hansısa dəyişikliklər edilməsi məsləhətdir. Dəvət aldığınız yerə qatılmağı unutmayın. Diqqət mərkəzində olacaqsınız.
Oğlaq - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.
Dolça - əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.
Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Balıqlar - ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri əfsuslar olsun ki, güclüdür. Genişmiqyaslı planlarınız vardısa, onları unudun. Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun, ürək qırmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni, maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri nizamlamaq üçün yaxşı zamandır.
Milli.Az