25 Oktyabr 2015 00:09
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda aparılan işlərlə əlaqədar böyük tıxac yaranıb, avtomobillərin hərəkəti dayanıb.

Trend-in məlumatında görə, tıxac Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə ilə əlaqədar yolda yaranmış çatların aradan qaldırılması və yeni asfaltın çəkilməsi səbəbindən yaranıb.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.


Müəllif:

Oxşar xəbərlər