Vətəndaş-polis münasibətlərinin gücləndirilməsilə bağlı Ağsu və İsmayıllı rayonlarında seminar keçirilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanda Cinayətkarlığa qarşı mübarizədə polis-vətəndaş münasibətlərinin gücləndirilməsi” lyihəsi çərçivəsində 02 iyun 2015-cin ildə Ağsu və İsmayıllı rayonlarında seminarlar keçirmişdir.
Keçirilən seminarların hər birində 40-dan artıq olmaqla bütövlükdə 80-dən çox polis
işçisi, gənclər, ictimaiyyətçı şəxslər iştirak etmişlər. Qeyd etmək lazımdır ki, hər iki tədbir rayon polis şöbələrinin akt zalında keçirilmişdir.
Tədbiri Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Elçin Behbudov açaraq İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin fəaliyyəti barəsində məlumat verdi. Burada daim polisin ictimaiyyət arasında nüfuzunun yüksək olması üçün işgəncələrin azaldılmasının vacibliyini vurğuladı.
Daha sonra E.Behbudov layihə haqqında məlumat verdi və qeyd etdi ki, təşkilat daim polis-vətəndaş münasibətlərini diqqətdə saxlayır. Layihənin mahiyyətindən danışarkən qeyd olundu ki, layihənin əsas hədəfi Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə vətəndaş-polis münasibətlərinin gücləndirilməsindən və onlar arasında qarşılıqlı inamın inkişaf etdirilməsindən ibarətdir. Bu qarşlıqlı etimad və inamı inkişaf etdirməklə, ölkədə cinayyətkarlığa qarşı birgə mübarizəni güclənməsində ictimai təşəbbüsləri artırmaq və cinayət halların azalması və baş vermiş cinayətlərin vaxtında aşkar edilməsində vətəndaşların rolunu artırmaqdır.
Daha sonra Rafiq Təmrazov çıxış edərək qeyd etdi ki, vətəndaş cəmiyyəti nəinki qanunçuluğun bərpasında, ictimai asayişin qorunmasında, cinayətlərin qarşısının alınmasında polislə əməkdaşlığa meyllidir, əksinə bu iki subyekt arasındakı münasibətlərdə birincinin ikincidən qorxması və çəkinməsi kimi psixoloji faktorlar üstünlük təşkil etməkdədir. Sadə vətəndaşlar və mülki cəmiyyətin digər subyektləri Polisə pozulmuş hüquq və azadlıqların bərpasına, qanuni mənafelərinin reallaşmasına yardım edən orqandan daha çox, korrupsiyaya qurşanan, süründürməçiliyə meylli, qanunlara və beynəlxalq hüquqi normativ aktlara əməl etməyən, fəaliyyətini zor istiqamətində quran bir struktur kimi baxır. Ona görə də bir çox vətəndaşlar hüquqları pozulduğu halda, hətta onlara qarşı cinayət xarakterli əməllər baş verdiyi təqdirdə belə, yardım üçün Polisə müraciət etməkdən çəkinirlər.
Daha sonra seminarlarda qarşılıqlı diskussiyalar keçirilmiş, bu və ya digər suallar cavablandırılmışdır. Eyni zamanda işgəncənin mahiyyəti, ona qarşı mübarizənin əhəmiyyəti də Tədbirlər qarşılıqlı diskussiya şəklində də başa çatmışdır.