3 Noyabr 2015 15:22
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb.

Konfransın birinci günündə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 23-27 noyabr 2015-ci il tarixində Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat vermiş, həmçinin tədbir iştirakçılarını Bakıya dəvət edib.

Daha sonra son illərdə İslam ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Azərbaycanın paytaxtında çoxsaylı tədbirlərinin keçirilməsini xatırladan nazir 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.

Nazir Azərbaycan Prezidentinin təşəbbüsü ilə təməli qoyulan “Bakı Prosesi” və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan tolerant ölkə nümunəsini dünyaya çox düzgün formada əyani şəkildə göstərməkdədir. Nazir çıxışının sonunda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında da geniş məlumat verib.

Nazir tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırmış, bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Məlumat üçün bildiririk ki, tədbirin növbəti günündə Nazir Əbülfəs Qarayevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı noyabrın 4-ə kimi davam edəcək.

İLHAMƏ


Müəllif: