21 Sentyabr 2015 15:34
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı 2015” I Avropa Oyunlarının nəticələrinin ictimai müzakirəsi” adlı layihənin təqdimat mərasimi keçirilib.

"AZƏRFAKS" xəbər verir ki, layihənin əsas məqsədi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin iqtisadi baxımdan ölkəmiz üçün müsbət və mənfi nəticələri barədə ictimaiyyətə əhatəli çatdırılmasıdır. Layihə çərçivəsində 6 video çarxın çəkilməsi, onun mediada yayılması nəzərdə tutulub. Həmin video çarxlarda ölkəmizin tanınmış iqtisadçı ekspertləri çıxış edəcək. Layihə ilə bağlı ölkəmizin bir neçə bölgələrinə də səfərlər olacaq. Çəkilmiş videolar həmin bölgə əhalisinə təqdim olunacaq. 3 ay davam edəcək layihənin noyabrda başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində layihə ilə bağlı xüsusi monitorinqlər keçiriləcək. Həmçinin layihə çərçivəsində xarici ölkələrdən birində Azərbaycanla bağlı sorğunun keçirilməsi də nəzərdə tutulur. Sorğunun əsas məqsədi, oyunlardan sonra həmin ölkə əhalisinin Azərbaycanda haqda məlumatlarının hansı səviyyədə olmasıdır. Sorğunun hansı ölkə əhalisi arasında keçirilməsi hələlik müəyyənləşməyib.

Tədbirdə bir çox tanınmış şəxslər və KİV nümayəndələri iştirak edib.


Müəllif:

Oxşar xəbərlər