6 Noyabr 2015 14:05
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda internet vasitəsi ilə fala baxan dələduz peyda olub.

Teleqraf.com xəbər verir ki, belə bir faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət olunub.

Polisə müraciət edən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Zülfiyyə Nəzər qızı Qəhrəmanova bildirib ki, Facebook sosial şəbəkəsində Əzizə adlı qadınla tanış olub. Şikayətçinin sözlərinə görə, Əzizə adlı qadın onun etibarından sui-istifadə edərək, fala baxmaq adı ilə 1080 manatını alıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əzizə adlı qadın Zülfiyyə Qəhrəmanovaya gələcəkdə onu nələr gözlədiyi barədə xəbərdar edəcəyini bildirib. Amma sonradan həmin şəxsin dələduz olması üzə çıxıb.

Hazırda polis Əzizə adlı qadının kimliyi və sosial şəbəkədə kimlərə qarşı dələduzluq etdiyini araşdırır.

Qeyd edək ki, Dini məsələlər üzrə Dövlət Komitəsi falçılıqla məşğul olan şəxslərin barəsində cinayət işi başlanması üçün qanun layihəsi hazırlayır.

Hacı Zeynalov


Müəllif: