9 Noyabr 2015 11:46
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.

Birlikdən verilən məlumata görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli bildirib ki, “Yeni Üfüq”-ün gəncləri bayraq günü münasibətilə “Birgə və Sağlam“ İctimai Birliyinin nəzdində olan mərkəzdəki autizm xəstəliyindən əziyyət çəkən uşaqları ziyarət ediblər. Ziyarət zamanı gənc “Yeni Üfüq”çülər özlərinin hazırlamış olduğu “Tıq-Tıq xanım” nağıl- tamaşasını uşaqlara təqdim ediblər. Bundan başqa uşaqlarla şənlənən gənc “Yeni Üfüq”çülər onlarla birgə parça üzərində rəsm şəkilləri çəkiblər. Eyni zamanda gənclər uşaqlarla birlikdə rəqs ediblər, mahnılar oxuyublar.

Tədbirdə olduqca maraqlı və duyğulu anlar yaşanıb.Uşaqlarla birlikdə tədbirdə iştirak edən valideynlər “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərinə vətənpərvər və xeyirxah davranışlarına görə öz təşəkkürlərini bildiriblər.

Bəxtiyar


Müəllif: