12 Noyabr 2015 19:41
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəallardan Səccad və Fərdin Əfruziyan həbs ediliblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Səccad və Fərdinin Məlik kəndindəki (Mələkan) mənzilinə hücum ediblər. Onların hazırda ETTELAAT-ın Təbrizdəki idarəsində saxlandığı bildirilir.

Tutulan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək, alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq, ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb.

Samir


Müəllif: