4 İyun 2014 12:25
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə 2-ci Avropa təsnifat yarışının açılış mərasimində Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Coca-Cola şirkətinin birgə təşkil etdiyi “Fəal ailəm, sağlam aləm” – sosial layihəsinin “Ən sürətli məktəb” nominasiyası üzrə “Estafet” yarışı keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarışda Bakı şəhərində yerləşən 74 məktəbdən 104 ailə iştirak edib.

“Estafet” yarışının nəticələrinə görə 11 ailə qalib olub. Onların təmsil olunduqları Bakı şəhəri 7, 27, 46, 83, 200, 242, 245, 319 nömrəli tam orta məktəbləri “Ən sürətli məktəb” adına layiq görülüblər.

Yekunda məktəbləri təmsil edən ailələr təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

NİGAR


Müəllif: