16 Noyabr 2015 16:01
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonu Mehdili kənd sakini, N saylı hərbi hissənin zabiti mayor Alıkişiyev Ruslan Telman oğlunun köməyə ehtiyacı var.

1979-cu il təvəllüdlü mayor Alıkişiyev Ruslan 1993-1996-cı illərdə C.Naxçıvanski adına Bakı Hərbi Liseyində,1996-2000-ci illərdə Azərbaycan Respublikası Slahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. Zabit kimi Gədəbəy, Qazax, Göygöl və Naxçıvanın düşmənləsərhəd bölgələrində torpaqlarımızın müdafiəsində iştirak edib. Xidmət zamanı mayor Alıkişiyevdə qan xərçəngi xəstəliyi aşkarlanıb.

Eyvazov adına Qanköçürmə İnstitutunda 2 kurs müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmayıb.15 iyun 2015-ci il tarixdən Müdafiə Nazirliyinin tərəfindən müalicə olunması üçün qardaş Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib.Lakin 17 avqust 2015-ci il tarixdən Müdafiə Nazirliyi tərəfindən vəsait köçürülmədiyindən müalicə yarımçıq dayandırılıb.

Həkimlərin diaqnozuna görə zabitimizin sağalması üçün ona mütləq şəkildə ilik köçürülməlidir. Bu köçürülmə üçün donor amerikadadır və ümumilikdə iliyin köçürülməsi, müalicənin tam aparılması və zabitimizin sağlamlığına qovuşması üçün 250 000 USD(ABŞ dolları) tələb olunur. Bu vəsaitin ödənilməsi ailənin maddi imkanı xaricindədir.

Qeyd edək ki, mayor Alıkişiyevin böyük qardaşı Pəhlivan Alıkişiyev də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək sağlamlığını itirib, 2-ci qrup əlildir.

Mayor Alıkişiyev Ruslana yardım etmək istəyən şəxslər aşağıda adları qeyd olunmuş şəxslərlə əlaqə saxlaya bilər:

Asəf Tahirov : (050) 646 41 71 Biləsuvar,4 saylı qəsəbə
Cabir Hüsüyev : (050) 309 10 06 Bakı şəhəri
Eyni zamanda Kapital Bankda zabitimizin atası Alıkişiyev Telman İsrafil oğlunun adına bank hesabı açılıb.
AD: Kapital Bank ASC Cəbrayıl rayon filialı
KOD: 200888
VÖEN: 9900003611
Müxbir Hesab: AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. : BİK AİİBAZ2X
Müştərinin adı: Alıkişiyev Telman İsrafil oğlu
Cari Hesab (AZN) : AZ08AİİB38010019448802569188

Naibə QURBANOVA


Müəllif: