21 Noyabr 2015 23:56
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin yataqxanasında yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasının 6-cı mərtəbəsində dəhlizə yığılımış taxta materialları 45 kv.m sahədə, dəhlizin və diqər 2 otağın giriş qapısı yanmışdır.

Otaqlar və binaın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Müəllif: